“Qaliblər düşərgəsi”ndə günün qonağı - FOTOLAR

  07 İyul 2021    Oxunub :2796
 “Qaliblər düşərgəsi”ndə günün qonağı -  FOTOLAR
“Qaliblər düşərgəsi”nin ikinci günündə iştirakçıların qonağı Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov olub.
Bu barədə Azvision.az - a DMX-dən məlumat verilib.
Əmanətə sədaqət: Şəhid övladları üçün düşərgə fəaliyyətə başladı - FOTOLAR+VİDEO

Xidmət rəisi DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovla birgə uşaqlarla görüşüb, onların suallarını cavablandırıb. Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verib.

Daha sonra uşaqlar Xidmət rəisinin məktəb və tələbəlik illəri ilə bağlı suallar səsləndiriblər. Daha sonra Qaliblərlə birgə şam ediblər. İştirakçılara hədiyyələr paylanıb. Sonra uşaqlar qonaqlarla birgə Bakı Uşaq və Gənclər Teatrının kollektivi tərəfindən hazırlanan tamaşaya baxıblar.

Qeyd edək ki, düşərgənin ikinci günündə uşaqların digər qrupu da “Mamajan” restoranında aşpazların müşayiəti ilə gürcü xəngəli hazırlayıblar. Həmçinin gün ərzində onlara Elcan Cəbiyev tərəfindən “Mən özümü necə inkişaf etdirim: Empatiya nədir?”, Zəhra Həşimovanın təqdimatında isə “Mən özümü necə inkişaf etdirməliyəm: Yaddaşımı necə gücləndirim?” mövzularında təlimlər keçilib.

İştirakçılar karate, idman və rəqs dərslərinə də qatılıblar.

























Azvision.az

Teqlər:   Qaliblər-düşərgəsi   Vüsal-Hüseynov  






Xəbər lenti