Azərbaycan-Ermənistan sərhədində Rusiya sülhməramlıları olmayacaq - Kreml

 Azərbaycan-Ermənistan sərhədində Rusiya sülhməramlıları olmayacaq  -   Kreml
  07 İyul 2021    Oxunub:971
Kreml, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında bu gün keçiriləcək danışıqlarda Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanacağı barədə məlumatı təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, bu məlumat həqiqəti əks etdirmir, - Peskov deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın "Joxovurd” nəşri Paşinyanın Putunlə digər məsələlərlə yanaşı, Rusiya sülhməramlılarını Ermənistan sərhədində yerləşdirməsi variantını müzakirə edəcəyini yazmışdı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Sülhməramlı   Sərhəd  





Xəbər lenti