Yaşayış binasında yanğın olub

Yaşayış binasında yanğın olub
  08 İyul 2021    Oxunub:862
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğının olduğu əraziyə cəlb olunub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti