Sui-qəsddə ABŞ izi: Prezidentin qatilləri həbs edilib

   Sui-qəsddə ABŞ izi:   Prezidentin qatilləri həbs edilib
  08 İyul 2021    Oxunub:987
Haiti prezidenti Jovenel Moiziyə sui-qəsddə şübhəli bilinən şəxslər həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. KİV Haiti hökuməti nümayəndələrinin açıqlamalarına istinad edib.

"Haitinin Rabitə üzrə Dövlət Katibi Frans Eksantus polisin şübhəli bilinən qatilləri həbs etdiyini söyləyib",- "CBS News" yazıb.
"Banan adam": Moizi kim idi və onu niyə öldürdülər - Detallar

Eyni zamanda "New York Times" qəzetinin yazdığına görə, Haitinin ABŞ-dakı səfiri Bokçit Edmond prezidentə sui-qəsdi həyata keçirənləri "yaxşı təlim keçmiş peşəkar qatillər" adlandırıb.

Rusiya mediası isə yazır ki, qatillərin bir qismi artıq öldürülüb. Belə ki, Haiti Milli Polisinin rəhbəri Leon Şarl qətldə iştirak edən dörd "muzdlu" şəxsin məhv edildiyini açıqlayıb. Onun sözlərinə görə, daha iki nəfər saxlanılıb.



Haitinin müvəqqəti baş naziri Klod Jozef bu gün polisin və hərbçilərin ölkədəki vəziyyətə nəzarət etdiyini söyləyib. Xatırladaq ki, sui-qəsdlə bağlı ilk açıqlamanı da Klod Jozef vermişdi. O, prezidentin iqamətgahına hücum edən naməlum şəxslərin bəzilərinin İspan dilində danışdığını da xüsusi olaraq vurğulamışdı.

Maraqlıdır ki, hadisədən sonra ilk olaraq sui-qəsdin təşkilatçılarının ABŞ-da olması barədə xəbərlər yayıldı. ABŞ ona yönələn ittihamlara cavab verərək bu versiyanı mümkünsüz hesab etdi. Belə ki, rəsmilər bu qalmaqallı hücumda ABŞ Narkotiklərlə Mübarizə İdarəsi agentlərinin iştirakını qəti şəkildə rədd edib.

Maraq üçün bildirək ki, qətllə bağlı irəli sürülən digər bir versiyaya görə, iqamətgaha yönəlmiş hücuma yeddi nəfər qatılıb ki, bunlardan dördü Kolumbiya, üçü isə Venesuela vətəndaşı olub. Sui-qəsdi isə yerli mafiyalardan biri sifariş verib.

Xatırladaq ki, Haiti Prezidenti və xanımı iqamətgahında naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Prezident aldığı güllə yarasından ölüb, xanımının hücumda yaralandığı, daha sonra öldüyü barədə məlumatlar yayılıb.

Tural Tağıyev
Azvision.az

Mövzu ilə bağlı digər yazılar:
Haiti BMT-ni Prezidentin qətlini araşdırmağa çağırır


Teqlər:   Haiti  





Xəbər lenti