"Hakimiyyət hələ də ölülərin sayını gizlədir"- Aqababayan

   "Hakimiyyət hələ də ölülərin sayını gizlədir"-   Aqababayan
  08 İyul 2021    Oxunub:1073
Dünən Ermənistan mətbuatında müharibədə iştirak edərək öldürülmüş Qarabağ erməniləri ilə bağlı rəsmi statistika yayıldı.

Azvision.az xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı 750 erməni döyüşçünün məhv edildiyi bildirilir. Ermənistan cəmiyyətində digər müharibə statistikaları kimi bu rəqəmlərə də inam yoxdur.
Tanınmış erməni ictimai fəal Alvina Aqababayan yayılan son rəqəmlərlə bağlı tənqidi fikirlər səsləndirərək əslində ölü sayının daha çox olmasını ehtimal edib:

"44 günlük müharibədə neçə Ermənistan vətəndaşının ölməsi məlum deyil․ Hakimiyyət hələ də ölülərin sayını gizlədir. Müxtəlif mənbələrə görə, döyüşlər zamanı 5 minlə 7 min arası Ermənistan vətəndaşı öldürülüb. Qarabağda yaşayan ermənilərlə Ermənistandakı əhalinin sayını nəzərə alıb döyüşlərdəki ölüm nisbətini hesablasaq, Qarabağda ölkəmizə nisbətən 2-3 qat çox qurbanın olduğu ortaya çıxar.

“Morqun döşəməsinə dövlətimiz və şərəfimiz atılıb” - Erməni fəal
Başqa sözlə, müharibə zamanı hər 592/423 Ermənistan vətəndaşından 1-i, Qarabağda isə hər 198 ermənidən 1-i öldü. Ümid edirəm, hakimiyyət dəhşətli təbliğata və Qarabağ ermənilərindən heç kimin döyüşməməsi, kimsənin öldürülməməsi barədə şayiələrə son qoyacaq. Ayıbdır!"

Qeyd edək ki, Aqababayan bundan öncə morqlarda gizlədilən erməni hərbçilərin cəsədləri ilə bağlı da tənqidi fikirlər səsləndirmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti