Hərb tarixində yenilik: İsrail PUA “sürü”sündən istifadə edən ilk ölkə oldu

     Hərb tarixində yenilik:   İsrail PUA “sürü”sündən istifadə edən ilk ölkə oldu
  08 İyul 2021    Oxunub:1127
İsrail "HƏMAS" yaraqlılarına qarşı keçirdiyi əməliyyatda süni zəka ilə idarə olunan dron “sürü"sündən istifadə edib.
Azvision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) nümayəndələri məlumat yayıblar. Beləliklə, İsrail hərbi əməliyyatlarda PUA “sürü”sündən istifadəni rəsmi olaraq elan edən ilk ölkə oldu.

Xatırladaq ki, ÇAXAL bir müddət öncə regionda yaranmış qarşıdurmanın kəskinləşməsi və Qəzza zolağından raket hücumları zamanı, pilotsuz təyyarələrdən istifadə olunmaqla otuza yaxın əməliyyat keçirib. Eyni zamanda İsrail tərəfi istifadə olunan pilotsuz təyyarələrin modellərini və onların həyata keçirdiyi missiyaların detallarını açıqlamır. Məlumatlara görə, süni zəka ilə birləşdirilən PUA-lar "HƏMAS"ın atəş nöqtələrini aşkarlamaq və hücum etmək üçün istifadə edilib.

Zeytun bağlarında ərəb silahlıları tərəfindən maskalanan raketlər PUA “sürü”sünün ilk hədəfi olub. Yalnız bir operator və komandir dronlardan alınan məlumatları işləyərək düşmən hədəflərini məhv etmək üçün əmr verirmiş. Yəni əməliyyatlarda yalnız bir şəxs məsul olub.

Qeyd edək ki, bir müddət öncə İsraildə "F-35I" qırıcılarından ibarət bir təlim eskadrosunun yaradıldığını bəyan etmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: İsrail   PUA   HƏMAS  





Xəbər lenti