Bakıda iki evdə yanğın olub

  08 İyul 2021    Oxunub :298
Bakıda iki evdə yanğın olub
Bakıda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan üçmərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin mətbəxində 2 p.m mətbəx mebeli yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan kombi otağının lambirdən ibarət tavanı və 1 ədəd su qızdırıcısı qismən yanıb. Ev yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın  






Xəbər lenti