Bolqar general: "NATO ilə Rusiya arasında toqquşma riski artıb"

      Bolqar general:   "NATO ilə Rusiya arasında toqquşma riski artıb"
  08 İyul 2021    Oxunub:1784
Bolqarıstanın briqada generalı Valentin Çankov Qara dənizdəki vəziyyəti Böyük Vətən müharibəsindən əvvəl Sovet-Almaniya sərhədində baş verənlərlə müqayisə edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilir ki, bolqar general Rusiya ilə NATO arasında toqquşma riskinin artması haqqında xəbərdarlıq edib.

O mətbuata verdiyi müsahibədə Qara dənizin NATO ölkələri ilə Rusiyanın silahlı qüvvələri arasında birbaşa təmas yerinə çevrildiyini söyləyib. Mütəmadi olaraq burada təlimlər keçirilir ki, bu da tərəflərə real hərbi əməliyyatlarda təcrübə qazanmağa imkan verir.

Litvada gərgin anlar: Rus qırıcıları prezidentlərin mətbuat konfransını pozdu -VİDEO
NATO-nun bu günlərdə davam edən "Sea Breeze" təlimlərini şərh edən Çankov bu təlimlərin misli görünməmiş miqyasda diqqət çəkdiyini vurğulayıb. Ancaq general Rusiyanın bölgədə üstün durumda olduğunu da bildirib.

"Ukrayna Krımı öz ərazisi sayır, amma faktiki olaraq Rusiyaya aiddir. Referendumundan sonra ərazinin Rusiyaya birləşməsi ölkə qanunlarına uyğunlaşdırıldı",- Çankov bildirib.

O Rusiyanın sərhədlərini qoruduğu üçün təlimlərə qarşı olduğunu bildirib və başqa hər hansı bir ölkənin də oxşar durumda belə addım ata biləcəyini vurğulayıb.

Çankov NATO-nun Qara dəniz strategiyasının (Təlimlərlə bağlı gərginlik-red.)əsas hissəsini "Krımın ilhaqının tanınmamasının nümayişi" adlandırıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   NATO   Rusiya   Təlim  





Xəbər lenti