Kürdə batan şəxslərdən birinin meyiti tapılıb

  08 İyul 2021    Oxunub :349
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb
İyulun 8-də axşam saatlarında Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: Kür   FHN  






Xəbər lenti