Taliban İranla sərhəd-keçid məntəqəsini ələ keçirib

   Taliban İranla sərhəd-keçid məntəqəsini ələ keçirib
  09 İyul 2021    Oxunub:871
Əfqanıstanda gərgin vəziyyət davam edir.
Azvision.az xəbər verir ki, Taliban artıq İranla sərhəd ərazilərdən birini nəzarətə götürüb. "France-Press" agentliyinin yaydığı məlumata görə, silahlılar Əfqanıstan-İran sərhədindəki əsas sərhəd keçid məntəqəsini ələ keçirib. Taliban nümayəndələri iddia edirlər ki, artıq sərhəddə olan İslam-Kala yaşayış məntəqəsi tamamilə onların nəzarətinə keçib. Talibanın sözçüsü isə "RİA Novosti"yə verdiyi açıqlamada qonşu ölkələri sərhəd təhlükəsizliyindən narahat olmamağa çağırıb.

"ABŞ Əfqanıstanda istədiklərinə nail oldu"- Bayden
Qeyd edək ki, son günlər Əfqanıstanda bir sıra əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə qarşı hücuma başlayan Taliban silahlıları ilə hökumət qüvvələri arasında qarşıdurmalar yaşanır. Gərginlik Amerika qoşunlarının ölkədən tədricən geri çəkilməsindən sonra başlayıb.

Yüzlərlə əfqan əsgəri isə Tacikistan ərazisinə qaçıb. Bu günlərdə rəsmi Düşənbə KTMT-dəki müttəfiqlərindən cənub sərhədlərinin möhkəmləndirilməsi məsələsində yardım istədi.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Taliban   İran   Əfqanıstan   Sərhəd  





Xəbər lenti