Daxili işlər orqanlarında kadr dəyişikliyi - Yeni təyinat

   Daxili işlər orqanlarında kadr dəyişikliyi -    Yeni təyinat
  09 İyul 2021    Oxunub:2971
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.
Azvision.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, polis mayoru Samir Qayıbov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə yeni rəis təyin edilib.
Belə ki, xidmətdə fərqləndiyi üçün rəhbərilik tərəfindən dəfələrlə mükafatlandırılan Samir Qayıbov əvvəllər Abşeron Rayon Polis İdarəsində baş əməliyyat müvəkkili, Xaçmaz Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.

Sonuncu dəfə nazirin əmri ilə Samir Qayıbov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rəis müavini təyin edilib.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti