Qarabağda DSX-nin 2 hərbi hissəsi istifadəyə verilib - FOTO

   Qarabağda DSX-nin 2 hərbi hissəsi istifadəyə verilib -    FOTO
  09 İyul 2021    Oxunub:966
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı ta­rixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, iyulun 8-də Qubadlı və Laçın rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliy­yətinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sər­həd­lərimizin iş­ğaldan azad edilməsindən sonra Azərbaycan Respublika­sının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraqbu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbirlərin həyata ke­çirilməsi qeyd olunub, görülən işlər çərçi­vəsində yeni hər­bi hissələrin xidməti-döyüş fəaliyyətinə başlama­sının dövlət sər­hədinin müha­fi­zə­si məsə­lə­lərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizə­sinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xü­susi əhəmiyyət kəsb etməsi qeyd edilib, Vətən Mühari­bə­sində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapda­­ğından azad olunmuş müqəddəs sərhəd­lərimizin toxu­nul­mazlı­ğı­nı təmin edən Azərbaycan sərhədçilərinin ölkə­mizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə ye­rinə yetirəcəkləri vurğulan­ıb.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Res­pub­ikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfindən təltif edil­miş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliy­yə­tinin təşkili üçün yaradılmış şəraitlə tanış olunmuş, o cümlədən zəru­ri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xid­mə­ti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana komp­lek­sinə, anbarlara, döyüş texni­kası­na, silah və texniki vasitələrə baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş, xatirə foto­şə­killəri çəkilmiş, Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin və rəqs ansamblının ifasında konsert proqramı şəxsi heyətə təqdim olun­ub.

Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilib, Azərbaycan Respub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıq­ların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən təd­birlər haqqında və­zifəli şəxs­lərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi isti­qamətində həyata keçirilən tədbirlər yüksək qiymətlən­dirilib.

Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüşül­müş, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış keçirilib.





Azvision.az



Teqlər: Qubadlı   Laçın  





Xəbər lenti