Bakıda polis rəisi özünü güllələyərək öldürüb

   Bakıda polis rəisi özünü güllələyərək öldürüb
  09 İyul 2021    Oxunub:1344
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti