"Rusiya Qarabağda dinc həyatın qurulmasına töhfə verməyə hazırdır - Zaxarova

"Rusiya Qarabağda dinc həyatın qurulmasına töhfə verməyə hazırdır -    Zaxarova
  09 İyul 2021    Oxunub:1473
Rusiya sülhməramlı kontingentinin Qarabağdakı məsuliyyət zonasında vəziyyət nisbətən sabitdir, təxribat qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, ayrı-ayrı insidentlər azərbaycanlı və erməni həmkarlarla birgə dərhal həll olunur.
Rusiyalı sülhməramlılara qarşı təxribatçı addımlar qeydə alınmır.

Zaxarova əlavə edib ki, Rusiya Qarabağda dinc həyatın qurulmasına, İrəvanla Bakı arasında etimadın gücləndirilməsinə töhfə verməyə hazırdır.

XİN rəsmisinin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrindəki vəziyyət orada sərhədin beynəlxalq-hüquqi rəsmiləşdirilməsinin olmaması ilə əlaqədardır.

Zaxarova əlavə edib ki, problemin həllini sərhədin delimitasiya və demarkasiya prosesinin tezliklə başlamasında görür.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Qarabağ  





Xəbər lenti