ABŞ-da ermənilərin 1 milyard dollarlıq narkotiki ələ keçirildi

   ABŞ-da ermənilərin 1 milyard dollarlıq narkotiki ələ keçirildi
  09 İyul 2021    Oxunub:1201
ABŞ-ın Kaliforniya ştatında rekord qiymətdə narkotik vasitələr tutulub.

Azvision.az xəbər verir ki, Kaliforniyanın polis departamenti ştat ərazisində keçirdiyi reydlərdə ümumilikdə 1.2 milyard dollarlıq narkotik maddə ələ keçirilib.
Dairənin şerifi Aleks Vilyanuev bildirib ki, 33 000 funt çəkisi olan marixuana 10 gün davam edən əməliyyat nəticəsində aşkarlanıb.

Onun sözlərinə görə, əməliyyat çərçivəsində narkotik maddələrin ticarəti ilə məşğul olan dəstənin 400 üzvü də həbs edilib: "Həbs edilənlər arasında meksikalılar, asiyalılar və çox sayda erməni var".

Xatırladırıq ki, kriminal erməni qruplaşmaları Kaliforniyada Latın Amerikasından gətirilən narkotikin əsas hissəsinin satışı ilə məşğuldur.

Şahin Ömər
Azvision.az


Teqlər: ABŞ   Narkotik  





Xəbər lenti