Ermənilərin Kollektiv Ümidsizlik Təşkilatı - Replika

 Ermənilərin Kollektiv Ümidsizlik Təşkilatı -  Replika
  11 İyul 2021    Oxunub:996
Qazaxıstanla Azərbaycan arasında son aylar intensivləşən yüksək səviyyəli görüşlər Ermənistan hakimiyyətinə yaxın ekspetlər tərəfindən diqqət mərkəzində saxlanılır. İkinci Qarabağ müharibəsindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkələrin Azərbaycan və Türkiyə ilə bütün əlaqələri erməni siyasi dairələrində görünməmiş narahatlıq yaradır.
Azvision.az xəbər verir ki, ümumiyyətlə, Qazaxıstan başda olmaqla, Orta Asiyanın bütün türkdilli ölkələrinin Azərbaycan və Türkiyə ilə qurduqları əlaqələr Ermənistanın yerli KİV-lərində və Rusiyanın ermənilərin nəzarətində olan media qurumlarında “Rusiyaya xəyanət”, “Moskva Orta Asiyada Türkiyəyə uduzur”, “Türklər postsovet məkanına soxulur” və s. kimi panika dolu başlıqlarla rus oxucusuna təqdim olunur. Erməni məntiqincə, Rusiya onları saxlamağa, yedizdirməyə, qorumağa, onların bütün istəklərini və kaprizlərini daşımağa məhkumdur. Bu məsələyə ayıq başla yanaşan, erməni nadanlığını ifşa edən bütün rus ziyalı, ictimai xadim və jurnalistləri erməni propaqandasının hədəfinə çevrilirlər.
Sahibə Qafarovanın erməni həmkarı ilə növbəti görüşü keçiriləcək

Bu dəfə erməni propaqandasının daha geniş diqqət ayırdığı ölkə Qazaxıstan oldu. Bu ölkənin sənaye və infrastruktur naziri Adilbek Sarsembayevin Azərbaycana səfəri və müdafiə sənayesi naziri Mədət Quliyevlə keçirdiyi ikitərəfli görüş, ardınca imzalanan ikitərəfli əmıkdaşlıq haqda sazişlər Rusiyanın erməni nəzarətində olan KİV-ləri tərəfindən "KTMT üzvünün Rusiyaya xəyanəti" kimi təqdim edildi. Ermənistan KİV-ləri isə fürsəti əldən verməyərək, erməni hakimiyyətini öz xarici siyasət strategiyasına yenidən baxmağa, artıq məhv olan KTMT ilə yollarını yavaş-yavaş ayırmağa və qoşulmaq üçün daha güclü bloklar axtarmağa çağırdı.

“Əgər Qazaxıstan özünə ehtiyat aerodrom axtarırsa, onda niyə Ermənistan Rusiyanın ətəyində sürünməlidir?" - deyə sual verən erməni ekspertləri türk dünyası ölkələrinin hər keçən il bir-birinə daha yaxınlaşdığını, mədəni əlaqələrin artıq strateji, iqtisadi, siyasi və hərbi əməkdaşlığa çevrildiyini bildirirlər. Türkiyənin artan hərbi gücünə, inkişaf edən hərbi sənayesinə işarə edən erməni KİV-ləri artıq heç nəyin Ermənistanı xilas edə bilməyəcəyini, Rusiyanın onları müftə saxlamayacağını etiraf edirlər. Ölkələrinin düşdüyü ağır vəziyyətin artıq tam çarəsizliyə çevrildiyini aydın görən ermənilərin əksəriyyəti ölkəni birdəfəlik tərk etmək niyyətindədir.

Qeyd edək ki, müstəqil ekspert qruplarının apardıqları sorğuların nəticələrinə görə, 20-45 yaş arası ermənilərin 67%-i ölkəni tərk etməyə hazır olduğunu bildirib. Bunlardan 90%-i Ermənistanın gələcəyinə inanmır və getmək üçün yaranacaq ilk imkanı dəyərləndirməyə hazır olduqlaını bildiriblər. Ermənilərin 10%-i isə ölkələrində normal maaşa iş tapacaqları təqdirdə ölkəni tərk etmək fikrindən daşına biləcəklərini deyiblər. Rəyi soruşulan 33% erməni isə hələlik heç bir plan qurmadığını, hadisələrin axarına uyğun hərəkət edəcəyini bildirib. 45-55 yaş qrupuna mənsub olanların 58%-i ölkəni tərk etmək istədiklərini, xaricdə ailələrini dolandırmaq üçün pul qazana biləcəkləri təqdirdə getməyə hazır olduqlarını deyiblər.

Sual yönəldilənlərin geridə qalan 52%-i isə ailələri ilə birlikdə ölkəni tərk etməyə hazır olduqlarını bildiriblər. Ermənistanı tərk etmək istəyən respondentlərin 51%-i Rusiyaya, 36%-i Avropa və Amerikaya, qalanları iş və rahat yaşamaq şəraiti tapacaqları istənilən ölkəyə köçməyə hazır olduqlarını vurğulayıblar.

Buradan da göründüyü kimi, dünyada və regionumuzda baş verən proseslər yeni şərtlər diqtə edir. Bu şəraitdə yalnız güclü iqtisadiyyatı, xalq dəstəyinə arxalanan müstəqil siyasət yürüdən milli hakimiyyəti olan dövlətlər bütün təhlükələrdən sığortalana biləcəklər. Ermənistandakı xaosun fonunda imicini itirmiş həm hakimiyyət, həm də müxalifətin özü artıq qondarma dövlətlərinin sonrakı mövcudluğu üçün bütün perspektivini itidiyini açıq şəkildə etiraf edirlər.

Şahin Ömər
Azvision.az




Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti