Bu il 435 kriminal qrup zərərsizləşdirilib

  09 İyul 2021    Oxunub :422
   Bu il 435 kriminal qrup zərərsizləşdirilib
Bu ilin 6 ayı ərzində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərlə 435 kriminal qrupun zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bildirib.

O, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Azvision.az

Teqlər: Kriminal   Cinayət  






Xəbər lenti