Banqladeşdəki yanğında 52 nəfər ölüb

  09 İyul 2021    Oxunub :393
Banqladeşdəki yanğında 52 nəfər ölüb
Banqladeşin Narayanqanc vilayətində qida məshulları istehsal edən zavodda yanğın baş verib.
Azvision.az xəbər verir ki, iyulun 8-də axşam saatlarında baş verən yanğın bir sutkaya yaxın davam edib. Yanğın başlayandan sonra yeddimərtəbəli binanın yuxarı mərtəbələrində olan fəhlələr xilas olmaq üçün pəncərələrdən tullanıblar.

Onlardan 3-ü ölüb, 50 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb. İyulun 9-da günorta saatlarında yanğın nəzarət altına alındıqdan sonra xilasedicilər daha 49 meyit tapıblar. Meyitlərin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ailələrinə təhvil veriləcək.

Azvision.az

Teqlər: Banqladeş  






Xəbər lenti