Xarici diplomatlar Qazançı kilsəsində olublar - FOTOLAR

  09 İyul 2021    Oxunub :568
 Xarici diplomatlar Qazançı kilsəsində olublar -   FOTOLAR
Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər çərçivəsində Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə baş çəkib, Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Azvision.az xəbər verir ki, əvvəlcə diplomatlara Pənahəli xanın sarayının tarixi haqqında məlumat verilib, işğal dövründə sarayın erməni vandallığına məruz qaldığı bildirilib. Qonaqlar sarayın qalıqlarına baxıb, erməni vəhşiliyinin izlərinin şahidi olublar.

Mehmandarovların malikanə kompleksində diplomatlara burada törədilən dağıntılar barədə məlumat verilib. Bildirilib ki, müharibə dövründə buraya da ciddi ziyan dəyib, dağıntılar törədilib. Hazırda kompleks bərpa olunur.



Sonra diplomatik korpusun nümayəndələri Qazançı kilsəsində olublar. Burada onlara bildirilib ki, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir.

Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin yuxarı hissəsində yerləşir. Kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənib. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, bu kilsə də erməniləşdirilib.











Azvision.az

Teqlər: Şuşa  






Xəbər lenti