Ülvi Mehdiyev TİKA-nın sədri ilə görüşüb
Bildirilib ki, bu günədək 44 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Görüş zamanı Dövlət Agentliyi ilə TİKA arasında davam edən uğurlu əməkdaşlıqdan və həyata keçirilən layihələrdən bəhs olunub. Dövlət Agentliyinin sədri TİKA tərəfindən göstərilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.
Eyni zamanda 2019-cu ildə Bakıda keçirilmiş BMT Dövlət Xidmətləri Forumu çərçivəsində Tərəflər arasında imzalanmış Niyyət Protokolunun implementasiyası çərçivəsində görülmüş işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Bundan əlavə “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi istiqamətində TİKA ilə birgə əməkdaşlıq barədə razılıq əldə olunub.
TİKA-nın sədri Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirdiyini və müvafiq istiqamətlər üzrə davam edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Sonda xatirə hədiyyələri təqdim olunub.
Azvision.az
Teqlər: ÜlviMehdiyev