Rusiyadan maraqlı təklif: Marsda AES qurulur

   Rusiyadan maraqlı təklif:   Marsda AES qurulur
  10 İyul 2021    Oxunub:2359
"Roskosmos"un mütəxəssisləri gələcəkdə Mars planetində Atom Elektrik Stansiyası(AES) qurmağı təklif ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilir ki, AES qırmızı planetdə yaradılacaq rus bazasını, ümumilikdə burada mövcud olacaq infrastrukturu elektrik enerjisi ilə təmin edəcək. Mars AES-nin "Zevs" nüvə yedəyinin bir hissəsi olaraq hələlik insan ayağı dəyməyən bu planetin orbitinə çatdırılması nəzərdə tutulur. Orbitə daxil olandan sonra isə bu mühüm yük paraşütlə Marsın səthinə endiriləcək. Eniş uğurlu başa çatarsa, AES-in aktivləşdirilməsi və Mars bazasının enerji təchizatı reallaşdırılacaq.

Qeyd edək ki, son illər Mars planeti super dövlətlərin "yarış meydançası"na çevrilib. ABŞ, Çin, Yaponiya, Rusiya hətta Hindistan və BƏƏ belə bu planetə müxtəlif missiyalı aparatlar göndərir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Mars   Rusiya   AES  





Xəbər lenti