Azərbaycan iyunda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib

  10 İyul 2021    Oxunub :491
Azərbaycan iyunda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib
İyun ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705,1 min barel olub.
Energetika Nazirliyindən Azvision.az -a bildirilib ki, bunun 610 min barelini xam neft, 95,1 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barel, iyulda isə 620 min barel səviyyəsində saxlanılması qərara alınıb.

Azvision.az

Teqlər:






Xəbər lenti