Olmayan şeydən danışanlar: “Qarabağın statusu” söhbətləri kimə lazımdır – Şərh

  10 İyul 2021    Oxunub :2000
      Olmayan şeydən danışanlar:    “Qarabağın statusu” söhbətləri kimə lazımdır –    Şərh
Ermənistanın baş naziri Nikol Paşinyan Araik Arutyunyanla (biz onu necə təqdim etməyi bilmirik) görüşündə "Qarabağın statusunun Ermənistan hakimiyyəti üçün gündəmin ən əsas məsələsi olduğunu" bildirib.
Qəribə vəziyyət yaranır. Azərbaycan bu məsələni ümumiyyətlə, qatlayıb, qırağa qoyduğu halda, Ermənistan hakimiyyəti gözünə xəyali həmsöhbət görünən şizofren kimi özü-özünə statusdan danışır. Onlar niyə belə edirlər? Ermənistan siyasi gündəminin qısa monitorinqi göstərir ki, hazırda erməni cəmiyyətini düşündürən əsas məsələlər bunlardır:
Füzulidə 4 erməni hərbçinin cəsədi tapılıb

1) Zəngəzur dəhlizinin açılması və onun üzərində nəzarət prosesinin detallı şərh edilməsi;
2) Qarabağın Rusiya sülhməramlılarının nəzarətində qalan hissəsinin gələcək taleyi;
3) Qarabağ ermənilərinin hansı ölkənin vətəndaşlığına qəbul ediləcəyi;
4) Ölkədəki acınacaqlı sosial-iqtisadi vəziyyət;
5) Azərbaycandakı erməni əsirlərinin gələcək taleyi və müharibədə itkin düşənlərin qalıqlarının tapılması;
6) Üçtərəfli Bəyannaməyə əsasən daha hansı ərazilərin Azərbaycana qaytarılmasına aydınlıq gətirilməsi;
7) Xarici siyasətdə hansı kursun əsas götürüləcəyi (Ermənistanın Rusiyanın nüfuz dairəsindən çıxmasını istəyən qüvvələr Paşinyanın müəyyən dövrdən sonra Qərbə yönələcəyinə ümid edirlər).

Qərbə inteqrasiya tərəfdarları Paşinyanı Moskva ilə yaxınlaşdığına görə tənqid edir və bunu Ermənistanın müstəqilliyinin birdəfəlik itirilməsi ilə nəticələnəciyini düşünürlər. Bunlar əsasən əhalinin gənc hissəsidir. Yaşı 50-də yuxarı olan ermənilər isə ölkədə hazırda baş verənlərin Qarabağdakı məğlubiyyətin səbəbini Paşinyanın Rusiyaya arxa çevirməsində görürlər.

Yuxarıdakı məsələlərə diqqət edərkən görürük ki, Paşinyanın yerində kim olsa da, bu suallara açıq və səmimi cavab verə bilməz. Paşinyan və digər erməni siyasətçilər öz cəmiyyətlərinin xəstə təfəkkürünə yaxşı bələddirlər və onlar üçün orta statistik erməniyə mövcud geosiyasi reallığı başa salmaq müşkül məsələdir. Hazırda Ermənistanda yaranmış daxili xaosun əsas səbəbi erməni ideoloqlarının uydurduqları miflərə əsaslanan ideoloji konsepsiyadır. Paşinyan gözəl başa düşür ki, cəmiyyətinə reallığı bir neçə kəlmə ilə başa sala bilməyəcək, ona görə də, natamam və nataraz bəyanatlarla vaxtı uzadır ki, nəhayət, ermənilər özləri içinə düşdükləri durumu anlayaraq, vəziyyətlə barışmağa məcbur olduqlarını anlasınlar.

Ona görə də, Dağlıq Qarabağın heç vaxt olmayacaq statusu haqda danışmaq Paşinyan və Araik üçün yalnız daxili gərginliyi bar az sakitləşdirmək və vaxt udmaq cəhdindən başqa bir şey deyil.

Şahin Ömər
Azvision.az

Teqlər: Qarabağ  






Xəbər lenti