Təhsil naziri “Qaliblər düşərgəsi”nin iştirakçıları ilə görüşüb - FOTO

Təhsil naziri “Qaliblər düşərgəsi”nin iştirakçıları ilə görüşüb -    FOTO
  10 İyul 2021    Oxunub:1389
Qaliblərin hər gününü maraqla gözlədikləri düşərgənin proqramı bu dəfə də zəngin olub.
Azvision.az xəbər verir ki, günün birinci yarısında iştirakçılar kulinariya sahəsində özlərini sınayıblar. “Bella Pizza” restoranının onlar üçün yaratdığı imkandan faydalanaraq İtalyan mətbəx nümunəsi olan Pizza hazırlayıblar.



Daha sonra düşərgədə uşaqların növbəti qrupu üçün həkim müayinəsi təşkil olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkim briqadası qaliblərin sağlamlıq vəziyyətlərini nəzarətdən keçiriblər.



Günün qonağı isə Təhsil naziri Emin Əmrullayev olub. Nazir ötən tədris ilinin əsas məqamlarından söhbət açıb. İştirakçılar onları maraqlandıran suallarına da cavab alıblar. Daha sonra nazir qaliblərlə birgə şam edib, onlara “Uşaq ensiklopediyası” bağışlayıb.



Düşərgənin 5-ci günündə iştirakçılar həmçinin Eltac Cəbiyev tərəfindən “Mən dünyanı tanımalıyam: Müasir elmi nailiyyətlər bizi hara aparır?”, Zəhra Həşimovanın təqdimatında “Mən özümü inkişaf etdirməliyəm: Kitabları tez və düzgün oxumaq qaydaları” mövzularında təlimlərə qatılıblar. Bundan başqa, rəsm dərsləri, karate və futbol oyunlarında iştirak ediblər.

Azvision.az



Teqlər: Düşərgə   Təhsil-naziri  





Xəbər lenti