Tuğda narkotik tərkibli bitkilər aşkarlanıb

  10 İyul 2021    Oxunub :446
Tuğda narkotik tərkibli bitkilər aşkarlanıb
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, tədbir zamanı rayonun Tuğ kəndi ərazisində 322 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.


Azvision.az

Teqlər: DİN  






Xəbər lenti