Rusiya Azərbaycan vətəndaşını Almaniyaya təhvil verib

   Rusiya Azərbaycan vətəndaşını Almaniyaya təhvil verib
  10 İyul 2021    Oxunub:1912
Rusiya polisi 2016-cı ildə Almaniyanın Saarbrükken şəhərində əyləncə müəssisələrinin birində əl qumbarası partladan Azərbaycan vətəndaşını almaniyalı həmkarlarına təhvil verib.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

"Bu gün Elşad Qulammirzaev kimi də tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov M.V. Lomonosov adına Moskvanın Domodedovo hava limanında Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təslim edildi",-deyə Volk bildirib.

2016-cı ildə Saarbrükken şəhərində insanların olduğu əyləncə müəssisələrindən birinin girişində əl qumbarası partladılıb. İlkin məlumata görə, hücum etnik zəmində baş verib.

2018-ci ildə Elşad Əzizov artıq Nijni-Novqorodda iki soyğunçuluğa görə tutulub. O, 3,5 il cəzasını çəkib azadlığa çıxdıqdan sonra Almaniyaya təhvil verilib. Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları onu qətlə cəhddə ittiham edirlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti