"28 ildir Kasparovla oyunu gözləyirdim" - Şəhriyar Məmmədyarov

   "28 ildir Kasparovla oyunu gözləyirdim" -    Şəhriyar Məmmədyarov
  11 İyul 2021    Oxunub:1111
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour”un blits yarışının 6-cı turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsindən yazıb.
Azvision.az xəbər verir ki, bununla bağlı şahmatçı "Feysbuk" hesabında yazıb:

"28 ildir sahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Onun oyunları inanılmaz idi. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir. Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiniz? Sizləri cox sevirəm, dəstəyiniz ücün. O, bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçasıyıq".

Azvision.az



Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti