ABŞ, Fransa və Rusiya səfirləri Şuşa səfərindən imtina ediblər
Fikir versək, söhbətin ATƏT-in Minski qrupu həmsədrlərindən getdiyini görərik. Öz mövqelərini son dərəcə qəribə şəkildə konsolidasiya edən bu dövlətlərin diplomatik demarşının səbəbini anlamaq çətin deyil. Görünür, həmsədrlər danışıqları hələ də İrəvanla körpüləri yandırmaq istəməyən Minsk qrupu çərçivəsində davam etdirməyə ümid bəsləyirlər. Ancaq Şuşanın Qarabağın erməni əhalisinə və İrəvana nə dəxli olduğu sonacan aydın deyil. Çünki Şuşa əhalisi Qarabağ münaqişəsi başlayana qədər azərbaycanlılardan ibarət olub.
Hər necə olsa da, bu demarş Azərbaycanın bu ölkələrlə gələcək münasibətlərinə təsir edəcək. Fransa istisna olmaqla, Azərbaycan ABŞ və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Bu mövqe isə həmin dövlətlərlə gələcəkdə münasibətləri inkişaf etdirməyə ictimai baxımdan mane olacaq. Çünki Azərbaycan hökümətinə hörmətsizlik, elə Azərbaycan xalqına hörmətsizlikdir!
ABŞ-ın ermənipərəst mövqeyi ilə dəfələrlə qarşılaşsaq da, Azərbaycana dost olan, Qarabağ münaqişəsinin ədalətli həllində yeganə qarant kimi çıxış edən Rusiyanın mövqeyi başadüşülən deyil. Son onilliklər ərzində ilk dəfədir ki, rus diplomatı ABŞ səfiri ilə belə bir mənfi həmrəylik nümayiş etdirir. Yəni rus səfiri bu təlimatı Kremldən alıb?
Böyük ölkələrin dünənki demarşı cavaddan çox, suallar doğurur. Axı səfərin məqsədi erməni vandallarının gülləbaran etdiyi Zaqafqaziya mədəniyyəti incisini dünya ictimaiyyətinə göstəmək idi.
Prezident İlham Əliyev öz çıxışlarında səmimi olaraq ümid etiyini bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistanın hərbi təcavüzünün səbəb olduğu müharibənin dəhşətli nəticələrinin aradan qaldırılması üçün səylərini əsirgəməyəcək. Lakin görünən odur ki, həmsədr ölkələr nəticələrin aradan qaldırılması deyil, Ermənistan-Azərbaycan konflikti ətrafında davam edən situasiyanı daha da dərinləşdirmək üzərində baş sındırırlar.
Azvision.az
Teqlər: Minsk-qrupu