Kosmosa uçan milyarder: "Uşaqlığımdan bu anı xəyal edirdim"

Kosmosa uçan milyarder:  "Uşaqlığımdan bu anı xəyal edirdim"
  11 İyul 2021    Oxunub:1288
Kosmosa səyahət edən “Virgin” şirkətlər qrupunun qurucusu, milyarder Riçard Branson təəssüratlarını bölüşüb.
"Uşaqlığımdan bu anı xəyal edirdim, amma heç nə məni Yerə kosmosdan baxmağa hazırlaya bilməzdi. Bu, sehirli idi".

Qeyd edək ki, “Virgin Galactic” şirkəti bazar günü Riçard Bransonun rəhbərlik etdiyi dörd nəfərlik Unity adlı gəmisini uğurla işə salıb. Gəmi daşıyıcı təyyarədən ayrıldıqdan sonra müstəqil olaraq ekipajın bir neçə dəqiqə çəkisizlik hiss edə biləcəyi 80 kilometrdən çox yüksəkliyə qalxıb. Bundan sonra cihaz enməyə başlayıb və tezliklə ABŞ-ın New Mexiko ştatında xüsusi kosmodromun ərazisinə enib.

İş adamı ilə uçuşda şirkətin 3 astronavtı- keçmiş NASA əməkdaşı Bet Mozes, 33 yaşlı Hindistan əsilli Sırışa Bandla və mühəndis Kolin Bennett iştirak edib.

Bu, kosmik gəminin ilk tam yüklü sınaq uçuşu idi. Beləliklə, şirkətin yetmiş yaşlı qurucusu cihazı sınaqdan keçirmək və xidmətinin insanları orbitə təhlükəsiz şəkildə çatdırdığını dünyaya nümayiş etdirmək niyyətini həyata keçirdi.





Şahanə Rəhimli
Azvision.az



Teqlər: Kosmos   RiçardBranson  





Xəbər lenti