Qurban Bayramı Moskvada onlayn formatda keçiriləcək

   Qurban Bayramı Moskvada onlayn formatda keçiriləcək
  12 İyul 2021    Oxunub:1629
Bayram namazı Rusiya paytaxtında yalnız Baş məsciddə imamların, müəzzinlərin və müfti müavinlərinin iştlrakı ilə qılınacaq.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası müsəlmanların ruhani İdarəsinin üləmalar Şurası iyulun 20-də qeyd oluncaq Qurban bayramının möminlərin Moskva məscidlərində iştirakı olmadan keçirilməsinə qərar verib. Müvafiq sənəd RF MRİ-nin rəsmi saytında dərc olunub.

“Rospotrebnadzor”un tövsiyələrinə, həmçinin Moskva hökumətinin qərarına əsasən, yeni koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar olaraq, Moskvada Bayram namazı yalnız Baş məsciddə imamların, müəzzinlərin və müfti müavinlərinin iştlrakı ilə qılınacaq. Digər məscidlərdə, eyni zamanda müsəlmanların yerli dini qurumlarında Bayram namazının qılınması tövsiyə olunmur”, - qərarda deyilir.

Müsəlmanlara “bayram atmosferini öz evlərində, ailələri çərçivəsində yaratmaları”, RF MRİ-nin sədri Ravil Qaynuddinin “Rossiya-1” telekanalında yayımlanacaq bayram moziəsini dinləmək, namazı müstəqil qılmaq tövsiyə olunur.

Nadir Quliyev
Azvision.az



Teqlər: Qurbanbayramı   Bayramnamazı   Moskva  





Xəbər lenti