Sərxoş kişi avtomobilə atəş açdı- 5 nəfər yaralandı

  12 İyul 2021    Oxunub :406
Sərxoş kişi avtomobilə atəş açdı-  5 nəfər yaralandı
Göyçayda silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N. Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F. Həsənova məxsus “Kia” markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırılma xəsarətləri yetirməsi barədə məlumat daxil olub.

Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N. Rüstəmov saxlanılıb. Ondan “TOZ” markalı ov tüfəngi götürülüb.

Azvision.az

Teqlər: DİN  






Xəbər lenti