ABŞ esminesi Çin sularına soxulub

   ABŞ esminesi Çin sularına soxulub
  12 İyul 2021    Oxunub:1212
“Benfold” raket esminesi ÇXR hökümətinin razılığını almadan Sişa arxipelaqının ərazi sularına daxil olub.

Azvision.az dünya mətbuatına istinadən xəbər verir ki, ÇXR Müdafiə nazirliyi amerikan esminesinin Parasel adaları yaxınlığında Çinin ərazi sularına soxulub.
Çin Xalq-Azadlıq ordusunun Cənub zonası üzrə hərbi komandanlığının rəsmi nümayəndəsi Tyan Tszyunlinin bazar ertəsi dərc olunan bəyanatına görə, ÇXR insidentlə bağlı ABŞ-a etirazını bildirib.

“İyulun 12-də Amerika raket esminesi Benfold ÇXR hökümətinin razılığını almadan qanunsuz olaraq Sişa (çincə “Parasel adaları” – red.) arxipelaqının ərazi sularına soxulub”, - Çin Mərkəzi televiziyası onun sözlərini sitat gətirib.

Tyan Tszyunli bildirib ki, amerikan gəmisini hava və hərbi-dəniz qüvvələri müşayiət ediblər və ona xəbərdarlıq edərək, akvatoriyadan “sıxışdırıblar”. “Sişa adaları əzəli Çin torpaqlarıdır, ABŞ Silahlı Qüvvələrinin hərəkəti Çinin suveren hüquqlarının kobud surətdə pozulması və təhlükəsizliyinə qəsddir. Bu insident Cənubi Çin dənizində sülh və əmin-amanlığa ciddi ziyan vurur, beynəlxalq hüququn prinsiplərini və beynəlxalq münsibətlərin əsas normalarını ciddi şəkildə pozur”, - rəsmi nümayəndə əlavə edib.

“Faktlar göstərir ki, ABŞ Cənubi Çin dənizində təhlükəsizlik risklərinin əsas mənbəyidir, - Tyan Tszyunlinin davam edib. – Biz onların bu hərəkətini qəti şəkildə ittiham edir, bununla bağlı etirazımızı bildirir və ABŞ-ı dərhal bu cür təxtibatları dayandırmağa çağırırıq”.

Bir sıra region ölkələrinin Parasel adaları yaxınlığında yerləşən Spartli arxipelaqına iddiası ilə əlaqədar uzun illərdir Cənubi Çin dənizində gərginlik davam edir. Hind və Sakit okenlarındakı dəniz yollarının kəsişməsində yerləşən adaların digər dəyəri, ekspertlərin qiymətləndirməsinə görə, onların şelfinin neft və mineral xammal ilə zəngin olmasıdır. Bu ərazilərin kimə mənsub olması ilə bağlı mübahisələrin əsas iştirakçıları Vyetnam və Çin olsa da, adalara və ətrafdakı sulara Bruney, Malayziya, Tayvan və Filippinlər də tam və ya qismən iddialıdırlar.

Nadir Qocabəyli
Azvision.az



Teqlər: Çin   ABŞ   Esmines   Müdaxilə  





Xəbər lenti