Koronavirusla bağlı vəziyyət pisləşir - ÜST rəhbəri

Koronavirusla bağlı vəziyyət pisləşir -    ÜST rəhbəri
  12 İyul 2021    Oxunub:1585
"Dünyada dördüncü həftədir COVID-19-a yoluxmada artım qeydə alınır”.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 10 həftədən sonra koronavirusdan ölüm sayı artıb:

"Keçən həftə dünyadaCOVID-19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. 10 həftəlik azalmadan sonra ölüm də artıb".

ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət kəskinləşib.

Azvision.az



Teqlər: Koronavirus   ÜST  





Xəbər lenti