Ermənilərin Qarabağdakı saxtakarlığı - HESABAT

  Ermənilərin Qarabağdakı saxtakarlığı -    HESABAT
  13 İyul 2021    Oxunub:834
Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi (BMTM) "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb.
BMTM-dən Azvision.az -a verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi , həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır.

Hesabatın ikinci hissəsində abidələrin “erməniləşdirilməsi” və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Sənəddə, həmçinin, Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib. Hesabatı oxumaq və yükləmək üçün aşağıdakı linkdən istifadə etmək olar:

https://aircenter.az/uploads/files/Cultural%20Appropriation.pdf

Azvision.az



Teqlər: Hesabat  





Xəbər lenti