Almaniyada peyvəndlənmə məcburi olmayacaq - Merkel

Almaniyada peyvəndlənmə məcburi olmayacaq -    Merkel
  13 İyul 2021    Oxunub:808
Almaniya COVID-19-a qarşı məcburi peyvəndlənmə tətbiq etməyi planlaşdırmır.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib. Onun sözlərinə görə, buna ehtiyac yoxdur. Çünki ölkə əhalisi peyvənd olunmağa yüksək hazırlığını artıq nümayiş etdirir.

-Fransa tərəfindən təklif edilən yolla getmək niyyətimiz yoxdur, biz, məcburi peyvəndlənmənin olmayacağını söylədik. Hesab edirəm ki, çox adam vaksin vurduracaq. Robert Kox İnstitutunun hesabatı da bunu göstərir -, kansler bildirib.

Onun sözlərinə görə, könüllü peyvəndlənmə vasitəsilə hakimiyyət xalqın etibarını qazanmağı gözləyir.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron daha əvvəl avqust ayından etibarən yalnız COVID-19-a qarşı peyvənd vurduranların, mənfi PCR testi olan və ya yoluxub sağalması faktını təsdiqləyənlərin barlara, restoranlara, ticarət mərkəzlərinə, qatarlara, şəhərlərarası avtobuslara, təyyarələrə daxil olmalarına icazə veriləcəyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya   COVİD-19  





Xəbər lenti