Kosmosun azmış yolçuları: “Sərgərdan planetlər” tapıldı

   Kosmosun azmış yolçuları:    “Sərgərdan planetlər” tapıldı
  14 İyul 2021    Oxunub:2785
Heç bir ulduzun ətrafında fırlanmadan, kosmik fəzada sərgərdan halda dolaşan planetlərin varlığı nəzəri olaraq çoxdan güman edilirdi. İndi isə astronomlar onları tapdıqlarını düşünürlər.
Kosmosdan evinə zibil düşdü
AzVision.az xəbər verir ki, “Kepler” teleskopunun məlumatlarını təhlil edən NASA-nın əməkdaşları iki aylıq araşdırmadan sonra kosmik fəzada görünməyən və təsadüfi hərəkət edən ekzoplanetə işarə kimi yozula biləcək 27 siqnal tapdıqlarını bəyan ediblər. Onların 4-nün Yer boyda və kütlədə olduqları güman edilir.

Əslində “Kepler” bu cür ekzoplanetləri tapmaq üçün yaradılmayıb. O, “tranzit metodu” ilə işləyir. Bu metod ona əsaslanır ki, ekzoplanet öz “günəş”inin qarşısından ötərkən, ulduzun işığı cüzi azalır və biz buna əsaslanaraq, oradan planetin keçdiyini güman edirik. Həmin metodun əsasında “Kepler” fəaliyyət müddəti ərzində minlərlə ekzoplanet aşkarlayıb.


"Kepler" kosmik teleskopu

Amma sərgərdan planetlərin “günəş”ləri yoxdur, onlar boşluqda, qaranlıqda dolaşırlar. Onları tapmaq üçün “qravitasiya mikrolinzası” metodundan istifadə olunur. Metodun mahiyyəti budur ki, böyük kütləyə malik kosmik obyekt ətrafındakı zaman-məkan toxumasını təhrif edir, nəticədə, arxa fondakı ulduzun işığı sanki linzadan keçirmiş kimi əyilmiş görünür. “Belə siqnalları tapmaq son dərəcə çətindir”,- araşdırmaçıların qrupuna başçılıq edən İen Makdonald bildirib.

Samir Quliyev
Azvision.az

Həmçinin oxuyun:

Düz axtarmamışıq: Süni intellekt kosmik sivilizasiyaların yerini göstərdi - VİDEO
Var, amma biz görmürük: Kosmosun daha bir sirrinə elmi cavab verildi
“Kosmosda həyat axtarmağa davam edirik” – NASA-nın rəhbəri


Teqlər: Kosmos   Elm  





Xəbər lenti