Rusiya XİN "Taliban"la təmas qurmasına aydınlıq gətirib

Rusiya XİN "Taliban"la təmas qurmasına aydınlıq gətirib
  14 İyul 2021    Oxunub:878
"Moskva yeddi il əvvəl bölgədəki təhlükəsizliklə əlaqədar narahatlıqları çatdırmağı zəruri hesab etdiyi üçün “Taliban”la əlaqə qurmağa başladı".
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in departament direktoru Zamir Kabulov deyib.

Onun sözlərinə görə, Moskva bir neçə il əvvəl Əfqanıstandakı vəziyyətin ABŞ əsgərlərinin geri çəkilməsi fonunda daha da pisləşəcəyi barədə xəbərdarlıq etmişdi.

"Əgər hər şeyi öz adı ilə çağırsaq, biz hazırkı vəziyyəti xeyli əvvəldən görürdük və bu səbəbdən də yeddi il öncə "Taliban" hərəkatı ilə təmas qurmağa başladıq. Unutmayaq ki, indi taktiki hərəkətlərdən bəhs edirik. Bir neçə il əvvəl Amerika hərbi bazaları şəbəkəsi var idi və onların əksəriyyətinin Əfqanıstanla strateji əlaqələri yox idi. Onlar, Orta Asiya, İran, Pakistan, Çİn və biz də daxil olmaqla bütün bölgə üzərində güc proqnozlaşdırırdılar. Bu bazalar haradadır? Onlar yoxdur, bu da hər şeyi söyləmiş olur”, - Kabulov bildirib.

O əlavə edib ki, Rusiya yeddi il əvvəl "Taliban"la körpülər qurmasaydı, əlaqə yaradıb narahatlıqlarını, maraqlarını onlara çatdırmasaydı, indi uğursuz Qərbin arxasınca gedərdi.

"Onların problemləri var, Rusiya isə Əfqanıstandakı qüvvələrdən hər hansı biri ilə danışmaq imkanına sahibdir", - diplomat vurğulayıb.

Qeyd edək ki, "Taliban" heyəti 8-9 iyul tarixlərində Rusiyada səfərdə olub.

Xatırladaq ki, 2020-ci ildə ABŞ öz hərbçilərinin Əfqanıstandan çıxmasına dair "Taliban"la sülh müqaviləsi imzalayıb. Ağ Ev geri çəkilmənin 11 sentyabr tarixinə qədər tamamlayacağına vəd verib. Eyni zamanda, Əfqanıstanda gərginlik artmaqdadır. "Taliban" ölkənin bir sıra ərazilərini ələ keçirib, böyük şəhərlərə hücuma başlayıb. Hökumət qüvvələri ilə qarşıdurma davam edir.

Pərvanə Sultanova
Azvision.az


По его словам, если бы Москва не начала устанавливать контакты с талибами в то время, то сейчас вести диалог был бы затруднительно.





Teqlər: Rusiya   Əfqanıstan  





Xəbər lenti