Azərbaycan XİN Çinə başsağlığı verib

   Azərbaycan XİN Çinə başsağlığı verib
  14 İyul 2021    Oxunub:1122
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çin hökumətinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində paylaşım edilib.

“Çinin Suzhou şəhərində otelin çökməsi nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə sağalmağı, xilasetmə işçilərinə isə uğurlar diləyirik. Çin xalqı və hökuməti ilə həmrəyliyimizi və dəstəyimizi ifadə edirik”, - XİN-in paylaşımında vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AzərbaycanXİN   Çin  





Xəbər lenti