Ermənistan MTX-si orduya yardım yığan dələduzları saxlayıb

   Ermənistan MTX-si orduya yardım yığan dələduzları saxlayıb
  14 İyul 2021    Oxunub:897
Ermənistanda iki nəfər saxta "Facebook" profilləri açaraq qalmaqala səbəb olan fırıldaqçılıqla məşğul olub.
Azvision.az xəbər verir ki, onlar bir neçə ay ərzində sosial şəbəkə istifadəçilərindən orduya maddi kömək adıyla pul toplayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) saxta yardım kampaniyası təşkil edən həmin erməniləri saxlayıb.

"Həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri zamanı İrəvan sakinləri G.A və M.B.-nin 2021-ci ilin mart ayından iyul ayına qədər ayrı-ayrı şəxslərin foto və şəxsi məlumatlarından istifadə edərək saxta səhifələr yaratdıqları və bundan dələduzluq məqsədi üçün istifadə etdikləri məlum olub. Bu hesablardan 40-a yaxın istifadəçiyə orduya kömək üçün pul köçürmələri haqqında xahiş və tələblər yazılıb. Dələduzlar, "Tellcell" terminalları vasitəsilə öz hesablarına təxminən 4 milyon dram (təxminən 8 min dollar-red.) toplamağı bacarıblar",-yerli media yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Dələduz  





Xəbər lenti