Bakı Ali Neft Məktəbinin üç əməkdaşı “Yüksəliş”in qalibidir

  14 İyul 2021    Oxunub :339
Bakı Ali Neft Məktəbinin üç əməkdaşı “Yüksəliş”in qalibidir
Bakı Ali Neft Məktəbinin (BANM) müəllimləri “Yüksəliş” müsabiqəsinin qalibləri olublar.
Bu barədə Azvision.az -a BANM-dən məlumat verilib. Bildirilib ki, onlardan Orxan Quliyev 1-ci yerə, Ziya Mürsəlzadə 2-ci yerə, Güldənə Hidayətli isə 19-cu yerə layiq görülüb. Qaliblər 12 minə yaxın iştirakçı arasından seçilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, iyirmilikdə yer tutmaq qürurvericidir. Bu, bütün SOCAR və BANM ailəsinin sevinci, uğurudur.

Orxan Quliyev avtomatika mühəndisliyi ixtisasında, Ziya Mürsəlzadə biznesin idarəedilməsi proqramı üzrə ixtisaslarda (MBA) dərs deyir. Güldənə Hidayətli isə BANM-də Keyfiyyətə təminat şöbəsinin müdiridir. Eyni zamanda, Bakı Ali Neft Məktəbinin məzunudur. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.

Qeyd edək ki, Orxan Quliyev, Ziya Mürsəlzadə həm də SOCAR şirkətində məsul vəzifələrdə çalışırlar.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019 – cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək üçün təsis olunub.

Azvision.az

Teqlər:






Xəbər lenti