Naxçıvana quru yolu ilə reyslər bərpa olunub

  14 İyul 2021    Oxunub :547
    Naxçıvana quru yolu ilə reyslər bərpa olunub
Xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrut xəttinin bərpa edilməsinə dair Azərbaycan tərəfi İran İslam Respublikasına müraciət edib.
Dövlət Avtomobil Nəqliyyat Xidmətindən Azvision.az - a verilən məlumata görə, Azərbaycan ilə İran arasında daşımalara dair mövcud razılığa əsasən Azərbaycan tərəfinin müraciətinə cavab olaraq Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.

Azərbaycan vətəndaşlarının keçidi üçün neqativ PRC testinə ehtiyac yoxdur. Lakin zərurət olarsa sərhəddə yerləşən tibbi personal tərəfindən sərnişinlərdən test götürülə bilər.

Məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə - əvvəlcədən təyin olunmuş məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.

Eyni zamanda, iyul ayının 15-dən etibarən xüsusi karantin rejimi ilə əlaqədar olaraq fəaliyyəti məhdudlaşdırılan şəhərlərarası (rayonlararası) gecə reysləri də bərpa olunur.

Sərnişinlər həm Naxçıvan, həm də gecə reysləri üzrə biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə müraciət edə bilərlər.

Azvision.az

Teqlər: Naxçıvan  






Xəbər lenti