ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrinə kömək edəcək - Baydenin müşaviri

ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrinə kömək edəcək -    Baydenin müşaviri
  15 İyul 2021    Oxunub:678
ABŞ Əfqanıstanda sülhün əldə edilməsi üçün siyasi danışıqları davam etdirəcək, ölkənin gələcəyini dəstəkləmək məqsədilə beynəlxalq və regional çərçivəni gücləndirəcək.
Azvision.az xəbər verir ki, bunu ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Elizabet Şervud-Rendall deyib.

O bildirib ki, Vaşinqton Əfqanıstanın milli müdafiə qüvvələrinə təhlükəsizlik, inkişaf və humanitar yardım sahəsində kömək göstərməyə davam edəcək.

"ABŞ-ın, Əfqanıstan da daxil olmaqla müttəfiqlərimizin və tərəfdaşlarımızın təhlükəsizliyini təhdid edən terror qruplarına qarşı fəaliyyətimizi davam etdirəcəyik", - amerikalı rəsmi bildirib.

Onun sözlərinə görə, C5 +1 forumu çərçivəsində iştirakçılar çoxtərəfli əməkdaşlıqla daha çox iş görə bilərlər: "Bu yanaşma Prezident Co Baydenin diqqət mərkəzindədir”.

Xatırladaq ki, bu gün Daşkənddə “Orta Asiya ölkələri – ABŞ” (C5 + 1) formatında növbəti görüş keçirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ   Yardım  





Xəbər lenti