Zakir Həsənov Əfqanıstanın yeni səfiri ilə görüşüb

Zakir Həsənov Əfqanıstanın yeni səfiri ilə görüşüb
  15 İyul 2021    Oxunub:697
İyulun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görəcəyi işlərdə ona uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edərək hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini bildirib.

Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında iştirakını diqqətə çatdıran general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Əfqanıstana nəqliyyat və logistik dəstəklə yanaşı Azərbaycanın eyni zamanda NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə yardımı ilə də töhfə verdiyini qeyd edib.

Azərbaycanın ərazi bütövlüyü məsələsində Əfqanıstanın hər zaman açıq mövqe nümayiş etdirdiyini qeyd edən Müdafiə naziri ölkəmizin ədalətli mübarizəsini dəstəklədiyinə görə qardaş Əfqanıstan xalqına təşəkkürünü bildirib.

Azvision.az



Teqlər: MN   Əfqanıstan  





Xəbər lenti