“Delta” ştammını necə tanımaq olar - Baş infeksionist izah edir

“Delta” ştammını necə tanımaq olar -   Baş infeksionist  izah edir
  15 İyul 2021    Oxunub:1743
“Delta” ştammının Britaniya ştammından 2 dəfə çox yoluxdurduğu qeyd olunur. Bir insanın yoluxdurduğu şəxslərin sayı 5-6 nəfərə çatır”.
Azvision.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "İmmunitet və Peyvənd sertifikatı " mövzusunda çıxışında deyib. Onun sözlərinə görə, bu ştammın inkubasion dövrü qısadır və klinik əlamətlərdə bir qədər fərqlər duyulur:

““Delta” ştammı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, boğaz, baş ağrıları müşahidə olunur. Bəzən mədə-bağırsaq əlamətlərinin də olduğunu qeyd edirlər. Ümumilikdə yoluxduqdan bir müddət sonra klassik koronavirusdan daha çox ağırlaşma olması yalnız müşahidələrdir. Hələ dəqiq məlumat yoxdur”.

Azvision.az


Teqlər: Delta  





Xəbər lenti