Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

  15 İyul 2021    Oxunub :1062
    Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub
İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az - a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Azvision.az

Teqlər: Qarabağ  






Xəbər lenti