Türkiyə F-16-larını "Teber"lə gücləndirib

Türkiyə F-16-larını "Teber"lə gücləndirib
  16 İyul 2021    Oxunub:805
Türkiyə Müdafiə Nazirliyi çoxməqsədli "F-16" qırıcılarını "Teber" bomba sistemi ilə gücləndirib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir məlumat verib. Onun sözlərinə görə, "Teber" sistemi sayəsində ümumi təyinatlı "Mk 82" bombaları hərəkətli hədəfləri vurmağı bacaran daha da qorxulu bir silah halına gəlir. Eyni zamanda, Dəmir Türk Hava Qüvvələrinin F-16 qırıcılarına inteqrasiya edilmiş "Teber" sisteminə sahib aviasiya sursatlarının "Aksungur" və "Akıncı" kimi PUA-larında da istifadə oluna biləcəyini vurğulayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Türkiyə   F-16  





Xəbər lenti