Pakistan XİN "Taliban"a dəstək verməsi iddialarını təkzib edib

Pakistan XİN "Taliban"a dəstək verməsi iddialarını təkzib edib
  16 İyul 2021    Oxunub:964
Pakistanın Xarici İşlər Nazirliyi Əfqanıstanın bir sıra bölgələrində “Taliban” yaraqlılarına hava dəstəyi göstərməsi ilə bağl rəsmi Kabilin iddialarını təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan XİN-in bəyanatında deyilir.

Daha əvvəl Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehi bildirib ki, Pakistanın Hərbi Hava Qüvvələri (HHQ) Əfqanıstan hərbçilərini ölkənin cənubunda yerləşən Qəndəharın Spin-Boldak qəsəbəsindən “Taliban”ı qovmaq üçün istənilən hərəkətin Pakistan HHQ tərəfindən dəf ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Biz, Əfqanıstan hökumətinin öz ərazisində hərəkət etmək hüququna hörmət edirik. Əfqanıstanın vitse-prezidentinin iddialarının əksinə olaraq, Pakistan HHQ Əfqanıstan tərəfinə belə bir xəbərdarlıq etməyib. Bu cür ittihamlar Pakistanın əfqanların özünün qərar verəcəyi nizamlanma məsələsində səmimi olaraq öz səylərini həyata keçirməsinə xələl gətirir", - açıqlamada vurğulanıb.

XİN Pakistan hakimiyyətinin əhalisini və hərbi qüvvələrini qorumaq üçün lazımi tədbirlər qəbul etdiklərini bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pakistan  





Xəbər lenti