"An-28" təyyarəsi tapıldı - YENİLƏNİB

 "An-28" təyyarəsi tapıldı -  YENİLƏNİB
  16 İyul 2021    Oxunub:2668
Rusiyada radarlardan itən “An-28” sərnişin təyyarəsi Tomsk bölgəsində tapılıb, hadisə nəticəsində ölən olmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Moskva vaxtı ilə saat 14:36-da sərt eniş etmiş təyyarənin yeri müəyyən edilib”, - açıqlamada vurğulanıb.

Bundan əvvəl, “Sibir Yüngül Aviasiya” şirkətinin “An-28” təyyarəsinin Bakçarski bölgəsi üzərindən radarlardan itdiyi barədə məlumat vermişdi. Təyyarədə 17 nəfər- bir uşaq daxil olmaqla 14 sərnişin və üç ekipaj üzvü olub. Onların hamısı sağdır, amma durumları ilə bağlı məlumat verilmir. Sərnişinləri təxliyyə etmək üçün əraziyə helikopterlər göndəriləcək.

Hadisə ilə bağlı cinayət işi açılıb.

***
14:46
Rusiyanın Tomsk vilayətinin Bakçarski bölgəsində "An-28" təyyarəsi yoxa çıxıb.

Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Təyyarənin göyərtəsində 17 nəfərin olduğu bildirilir. Sibir Xilasetmə Mərkəzi təyyarənin radarlardan itdiyini təsdiqləyib və artıq axtarışlara başlanılıb. Məlumata görə, “Sibir yüngül aviasiya” şirkətinə məxsus təyyarə Kedrovıy-Tomsk marşrutu üzrə uçurmuş. “An-28”nin axtarışı üçün Rusiya Aviasiya xidmətinin “Mi-8” helikopetri göndərilib.

Qeyd edilib ki, sıx meşəlik axtarış işlərini çətinləşdirir.

Xatırladaq ki, bu, iyul ayı ərzində Rusiyada ikinci "An-26" sərnişin təyyarəsi ilə bağlı insdentdir. Bundan əvvəl iyulun 6-da Petropavlovskdan Kamçatkanın Palana qəsəbəsinə uçuş həyata keçirən "An-26" sərnişin təyyarəsi radarlardan itib. Daha sonra göyətəsində 6 ekipaj üzvü və 23 sərnişinin olduğu təyyarənin qəzaya uğradığı məlum olub. Ehtimala görə, təyyarə təpəyə çırpılıb. Qəzadan sağ çıxan olmayıb.

Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Prezident Vladimir Putinin sədrliyi ilə keçirilən müşavirədə əyyarənin qəzaya uğrama səbəbləri kimi texniki nasazlığı, əlverişsiz hava şəraitini və pilotların səhvini göstərib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Təyyarə  





Xəbər lenti