“Yüksəliş” müsabiqəsinin qaliblərindən 7-si BDU məzunudur

  16 İyul 2021    Oxunub :326
“Yüksəliş” müsabiqəsinin qaliblərindən 7-si BDU məzunudur
“Yüksəliş” müsabiqəsinin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb. 27 qalibdən 7-si Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
Bu barədə Azvision.az -a BDU-dan məlumat verilib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Azvision.az

Teqlər: BDU  






Xəbər lenti