İran tezliklə nüvə silahı hazırlayacaq - İsrail həyəcan təbili çaldı

İran tezliklə nüvə silahı hazırlayacaq -   İsrail həyəcan təbili çaldı
  16 İyul 2021    Oxunub:3017
İran tezliklə nüvə silahı yarada bilər. İsrailin müdafiə naziri Beni Qantz bu haqda həyəcan təbili çalaraq bildirib ki, ölkəsi mümkün hücuma hazırlaşmalıdır.
Azvision.az xəbər verir ki, Beni Qantz İsrail hərbçilərinin İranın nüvə obyektlərinin məhv edilməsi üçün xüsusi plan hazırladığına işarə edərək, hökumətə hərbi xərclərin artırılması və yeni müdafiə texnologiyalarının inkişafı üçün əlavə vəsaitin ayrılmasının zərurəti barədə eyham vurub.

Xatırladaq ki, bir müddət öncə amerikalı ekspertlər də İranın nüvə silahı istehsal etmək üçün kifayət qədər saflaşdırılmış urana sahib olacağını vurğulayan hesabat yayımlamışdılar.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsrail   Nüvə   İran  





Xəbər lenti